HİNDİSTANIN MUMBAİ LİMANINDA PARTLAYIŞ ZAMANI AZI 43 NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərlərdə bildirilir ki, avqusutn 25-də günorta Hindistanın iri liman şəhəri Mumbainin (keçmiş Bombey) ən qələbəlik rayonlarında törədilmiş güclü partlayış nəticəsində azı 43 nəfər həlak olmuş, 150 adam yaralanmışdır. Yaralılardan 85 nəfərinin vəziyyəti ağırdır.
Terror aktı kimi qiymətləndirilən partlayışa görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməmişdir.
Baş vermiş faciə ilə əlaqədar Maharaştra, Qucarat ştatlarında və ölkənin paytaxtı Nyu-Dehlidə bütün ordu bölmələri və təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilmişlər.