Hindistanın şərq sahilləri güclü qasırğanın təsirinə məruz qalıb
Bakı, 26 may, AZƏRTAC
“Yaas” qasırğasının səbəb olacağı daşqın təhlükəsi səbəbindən 1,2 milyondan çox insan Hindistanın şərq sahillərindən təxliyə olunur.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, qasırğanın əsas zərbəsi Hindistanın Odişa və Qərbi Benqaliya ştatlarına dəyib. Leysan yağışları ilə müşayiət olunan güclü küləklərin aşırdığı ağaclar elektrik xətlərini qırıb. Təbii fəlakət səbəbindən Kəlküttə aeroportunun bağlandığı bildirilir.
Hindistanın Meteorologiya İdarəsi sahilyanı ərazilərdə evlərin damını aşan hündür dalğaların əmələ gələ biləcəyi barədə xəbərdarlıq edib.
Bir həftə öncə regionda tüğyan edən “Tauktae” siklonunun nəticələrinin aradan qaldırılmaması vəziyyəti bir qədər də çətinləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]