Honkonqdakı yanğında ölənlərin sayı 146-ya çatıb
Pekin, 30 noyabr, AZƏRTAC
Honkonqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 146-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə xüsusi inzibati ərazinin səlahiyyətli qurumları açıqlama yayıb. İtkin düşmüş hesab olunanlardan 159 nəfərin sağ olduğu aşkarlanıb. Yanğınsöndürənlər yanğın baş verən 7 binadan altısındakı 1500-dən çox mənzilə baxış keçiriblər.
Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqədar binanın üzlüyünün yenilənməsi layihəsi üzrə məsləhətçi və subpodratçı şirkətlərin 8 məsul işçisi saxlanılıb. Faciə ilə əlaqədar Honkonqda 3 günlük (29 noyabr-1 dekabr) matəm elan olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]