İcbari tibbi sığortaya il ərzində müraciətlərin statistikası açıqlanıb
Bakı, 17 dekabr, AZƏRTAC
İcbari tibbi sığortaya il ərzində müraciətlərin statistikası açıqlanıb.
Dövlət tibb müəssisələrinə icbari tibbi sığorta çərçivəsində müraciətlərin sayı 3.8 milyonu, özəl tibb müəssisələrinə müraciət isə 208 mini keçib.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun 2024-cü ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Zaur Əliyev bildirib ki, sığorta haqqı ödəyən şəxslərin təxminən yarısı tibbi xidmətlərdən yararlanaraq sığortanın təmin etdiyi imkanlardan istifadə edib: “2024-cü ilin 10 ayında sığorta haqqı ödəyənlərin sayı 2 milyon 237 min nəfərə çatıb ki, bu da iqtisadi fəal əhalinin 42 faizini təşkil edir. Yaş qrupları üzrə xidmətlərdə ən çox xərc 65 yaşdan yuxarı sığorta haqqı ödəyən əhali arasında qeydə alınıb. Sığorta haqqı ödəyən və xidmətdən yararlanan pasiyentlər üçün dövlət tibb müəssisələrinə 175.7 milyon manat, özəl tibb müəssisələrinə isə 60.3 milyon manat vəsait ödənilib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:29]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]