İctimai iaşə dövriyyəsi artıb
Bakı, 20 may, AZƏRTAC
Yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24,9 faiz artaraq 569,2 milyon manat olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6 faizi hüquqi şəxslərin, 49,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 29,6 faiz artaraq 285,1 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]