IDEA Kampaniyası Dünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd etmişdir
Bakı, 5 iyun (AZƏRTAC). IDEA (International Dialogue for Environmental Action) Kampaniyası 5 iyun - Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Azərbaycan ekosistemləri və landşaft müxtəlifliyi” mövzusunda interaktiv seminar təşkil etmişdir.
IDEA Kampaniyasından AZƏRTAC-a bildirmişlər ki, ətraf mühitə və onun qorunmasına xüsusi marağı olan tələbələrin və bu sahədə çalışan müəllimlərin iştirak etdikləri seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilmişdir.
Tədbirdə ekspert qismində AMEA-nın Zoologiya İnstitutunun informasiya və innovasiya şöbəsinin müdiri, professor Elman Yusifov iştirak etmişdir.
Seminar zamanı Azərbaycanın landşaftı, fauna və florası, landşaft müxtəlifliyinin yaranma səbəbləri, həmçinin düzən və dağ landşaftlarının bitki və canlı müxtəlifliyi haqqında geniş məlumat verən ekspert qeyd etmişdir ki, ölkəmiz füsunkar təbiətə, zəngin bitki və heyvanat aləminə, çox faydalı təbii sərvətlərə malikdir. Bunların qorunmasında və gələcək nəsillərə çatdırılmasında gənclərin böyük rolu olmalıdır.
Seminar ekspert tərəfindən söylənilən dəyərli fikirləri və iştirakçıların maraqlı müzakirələrini əhatə etməklə interaktiv şəkildə təşkil olunmuşdur.
İyirmidən çox gəncin iştirak etdiyi, interaktiv şəkildə keçirilmiş seminar landşaft müxtəlifliyi, ətraf mühitin qorunmasının vacibliyi və s. ilə bağlı aparılan maraqlı müzakirələrlə yadda qalmışdır.
IDEA Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır. Kampaniya ətraf mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quraraq biomüxtəlifliyin qorunması ilə bağlı insanları maarifləndirmək istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]