İDEA Kampaniyasının fəaliyyətinin ikinci ili tamam olur
Bakı, 12 iyul (AZƏRTAC). İyulun 12-də İDEA (International Dialogue for Environmental Action) Kampaniyasının fəaliyyətinin ikinci ili tamam olur.
İDEA Kampaniyasından AZƏRTAC-a bildirmişlər ki, ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quran bu kampaniya ötən iki il ərzində bir çox uğurlara imza atmışdır.
Kampaniya fəaliyyət göstərdiyi qısa müddətdə 10-a yaxın beynəlxalq, 50-dən çox yerli layihə həyata keçirmişdir.
İDEA Beynəlxalq Kampaniyası hazırda WWF, UNEP, Webistan kimi nüfuzlu qurumlar, ümumilikdə isə iyirmiyə qədər beynəlxalq və 30-a qədər yerli təşkilatlarla əməkdaşlıq edir.
Kampaniyanın əsas fəaliyyət istiqaməti ətraf mühit problemlərinin yerli və beynəlxalq səviyyədə həllinə nail olmaq üçün gənclərin real və virtual şəbəkəsini yaratmaq, onları Yer kürəsinin üzləşdiyi ekoloji problemlər haqqında məlumatlandırmaq və bu sahədə yerli və beynəlxalq layihələr həyata keçirməkdir.
İDEA Kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]