Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdeyadan gerçəkliyə: Fəxrəddin Verdiyevin memarlıq yolu

İdeyadan gerçəkliyə: Fəxrəddin Verdiyevin memarlıq yolu

Bakı, 1 aprel, AZƏRTAC

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması şəhərlərimizin necə olacağı barədə ciddi bir müzakirəyə dəvətdir. Şəhərlərimiz necə böyüyəcək, necə “nəfəs alacaq”, artan ritm və tələblərlə necə uyğunlaşacaq və ən əsası, insan bu mühitdə necə yaşayacaq kimi suallar indi daha aktuallaşıb. Bu kontekstdə Bakının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (World Urban Forum – WUF13) ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır. May ayında keçiriləcək forumda dayanıqlılıq, gələcək şəhərlər və qlobal çağırışlar geniş müzakirə olunacaq. Lakin reallıq ondan ibarətdir ki, ən yaxşı ideyalar belə yalnız tribunada səslənməklə kifayətlənmir. Onlar layihələrdə, texniki sənədlərdə, razılaşdırma proseslərində və nəhayət, real tikintidə həyat qazanır. Məhz buna görə ideyanı işlək nəticəyə çevirə bilən mütəxəssislər haqqında danışmaq xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC bu baxımdan memar və memarlıq layihələrinin rəhbəri Fəxrəddin Verdiyevin peşə yolunu diqqətəlayiq nümunə kimi təqdim edir.

F.Verdiyevin fəaliyyəti ictimai və dövlət əhəmiyyətli obyektlərin layihələndirilməsi, ərazilərin bərpası və infrastruktur layihələri ilə sıx bağlıdır. O, qərarlarının dəqiqliyi ilə çox zaman yalnız estetik nəticəyə deyil, layihənin ümumi funksionallığına və uzunmüddətli təsirinə yönəlir.

Onun peşəkar fəaliyyəti hələ tələbəlik illərindən başlayıb. Bu erkən mərhələdə əsas fərqləndirici cəhət yaş deyil, məsuliyyət hissi idi: ideyanı yalnız düşünmək deyil, onu texniki baxımdan dəqiqləşdirmək, razılaşdırmaq və icraya qədər aparmaq bacarığı. Bu yanaşma nəticəsində layihələr kağız üzərində qalmır, real həyatın bir hissəsinə çevrilir. 2005-ci ildən etibarən onun karyerasının mühüm mərhələsi ölkənin iri layihə-tikinti şirkətlərindən biri olan AIKON CPIT ilə bağlıdır. Burada o, baş memar kimi həm iri layihələrin müəllifi, həm də onların icrasını müşayiət edən şəxs kimi çıxış edib. Bu dövrün diqqətçəkən layihələrindən biri Şamaxıda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzidir. Eyni zamanda, o, Azərbaycan Milli Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Milli İdman-Tibb Elmi-Praktik Reabilitasiya İnstitutu, Quba Soyqırımı Memorial Kompleksi kimi mühüm ictimai obyektlərin icra prosesində layihə rəhbəri kimi iştirak edərək bu layihələrin reallaşmasına töhfə verib.

Qazax rayonunda həyata keçirdiyi işlər isə onun peşə portretində ayrıca yer tutur. Burada söhbət təkcə ayrı-ayrı obyektlərdən deyil, bütöv şəhər mühitinin formalaşdırılmasından gedirdi. 2016-cı ildə o, Qazax şəhərində Dövlət Bayrağı postamentinin memarlıq layihəsini hazırlayıb, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin interyer və ekspozisiya dizaynını həyata keçirib, həmçinin aqropark obyektlərinin kompleks memarlıq layihəsini işləyib hazırlayıb. Bu fəaliyyətinə görə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub.

F.Verdiyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri də infrastruktur layihələridir. Bu sahə çox vaxt görünməsə də, ölkənin iqtisadi ritmini və regionlararası əlaqələri təmin edən əsas dayaqlardandır. 2016-2020-ci illərdə o, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edərək Bakı, Gəncə və Ələt ərazilərində strateji obyektlərin funksionallığının bərpasına yönəlmiş layihələr həyata keçirib. Bu çərçivədə inzibati binaların layihələndirilməsi, mövcud tikililərin rekonstruksiyası və restavrasiyası üzrə işlər görülüb. Layihələrin mühüm xüsusiyyəti ondan ibarət idi ki, sovet dövründən qalan və yararsız vəziyyətə düşmüş binaların sökülməsi əvəzinə, onların yenidən istifadəsinə üstünlük verilib. Bu yanaşma dayanıqlı memarlıq prinsiplərinə əsaslanaraq həm ekoloji təsirin azalmasına, həm də resurslardan daha səmərəli istifadəyə imkan yaradıb.

Nəticədə bu tikililər yalnız ikinci həyat qazanmayıb, həm də müasir standartlara uyğunlaşdırılıb. Eyni zamanda, tikinti tullantılarının azalması, yeni materiallara olan tələbatın minimuma endirilməsi və bununla bağlı istehsal-logistika yükünün azalması mühüm ekoloji üstünlüklər təmin edib.

Onun bugünkü fəaliyyətinin vacib istiqamətlərindən biri də bilik və təcrübənin ötürülməsidir. F.Verdiyev mütəmadi olaraq lektor, moderator və peşəkar müzakirələrin iştirakçısı kimi çıxış edir. O, WUF13-ə hazırlıq xarakteri daşıyan vorkşoplarda məzmun müəllifi və təqdimatçı olub. Eyni zamanda, müxtəlif qurumların dəstəyi ilə keçirilən maarifləndirici sessiyalarda gənc memarlar və tələbələrlə biliklərini bölüşür. Həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində dayanıqlı memarlıq mövzusunda mühazirələrlə çıxış edib və Azərbaycan Memarlar İttifaqında təşkil olunan peşəkar tədbirlərdə moderator və lektor kimi iştirak edib.

Beləliklə, qarşımızda sözlərindən çox gördüyü işlərlə tanınan bir mütəxəssis obrazı formalaşır. Onun fəaliyyətində müxtəlif miqyaslarda işləmək bacarığı – muzey ekspozisiyasından logistika infrastrukturuna qədər geniş spektr, nəticəyə görə məsuliyyət, komanda və prosesləri idarəetmə qabiliyyəti, mürəkkəb mövzuları sadə dillə izah etmək bacarığı və davamlı öyrənmə istəyi aydın şəkildə görünür.

Memarlıq və şəhərsalmanın milli prioritetə çevrildiyi bir ildə bu cür yanaşma xüsusilə əhəmiyyətlidir. Çünki şəhərin gələcəyi yalnız ideyalarla deyil, bu ideyaları insanların rahat yaşadığı, təhlükəsiz işlədiyi və davamlı inkişaf etdiyi mühitə çevirə bilən peşəkarların fəaliyyəti ilə formalaşır. F.Verdiyevin töhfəsinin dəyəri də məhz bundadır: o, memar və rəhbər kimi fəaliyyətini cəmiyyətə real xidmətə çevirə bilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Qazaxda açıq ərazidə yanğın olub VİDEO

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur