İDMAN
İDMANÇILARIMIZ UNİVERSAL DÖYÜS UZRƏ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, iyulun 6-9-da Sankt-Peterburq şəhərində yeddi ölkənin iştirakı ilə Beynəlxalq Hərbi İdman Təşkilatının (SİZM) proqramı çərçivəsində universal döyüş üzrə hərbçilər arasında beynəlxalq turnir keçiriləcəkdir. Qeyd edək ki, otən ilin noyabrında SİZM-in üzvü olan 120 ölkənin razılığı əsasında bu idman növü Olimpiya Hərbi-İdman Oyunlarının proqramına daxil edilmişdir.
İlk dəfə hərbçilər arasında keçiriləcək turnirdə ölkəmizi Azərbaycan Universal Döyuş Federasiyasının prezidenti Azər Həsənov və məşqçi Ruzbeh Vəliyevin rəhbərliyi ilə Mərkəzi Ordu İdman Klubunun uzvləri Pərviz Əliyev, Mehdi Mehdiyev, Sənan Dünyamalıyev, Əli Mirələkbərli, Nicat Tağıyev, Yunis İsmayılov, Etiqad Atakişiyev, Tural Qasımov və Nəvai Qasımov təmsil edəcəklər.