III İXTİSAS QRUPU ÜZRƏ KEÇİRİLƏCƏK İMTAHANDA 40 MİNDƏN ARTIQ ABİTURİYENT İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə kütləvi informasiya vasitələri üçün brifinq keçirmişdir.
M.Abbaszadə bildirmişdir ki, 2008-2009-cu tədris ili üçün əsas (9 illik) təhsil bazasından texnikumlara tələbə qəbulu elan olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, abituriyentlər sənədlərini iyunun 17-dən iyulun 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda sənəd qəbulu komissiyalarına (SQK) təqdim edə bilərlər.
Bildirilmişdir ki, əsas (9 illik) təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbulla bağlı ətraflı məlumatla, o cümlədən qəbul aparılan ixtisasların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış olmaq mümkündür.
Məleykə Abbaszadə vurğulamışdır ki, hazırda 2008-2009-cu tədris ili üçün ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu aparılır. Magistraturaya imtahanlar iyunun 22-də keçiriləcəkdir.
TQDK-nın sədri demişdir ki, III ixtisas qrupu üzrə imtahan iyunun 29- da keçiriləcəkdir. Bu imtahanlarda 40 mindən çox abituriyent iştirak edəcəkdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]