Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova: Müharibə illərini hər zaman xatırlayıram

Qələbənin 75 illiyində Fatma Səttarovanın 100 yaşı tamam olub

Bakı, 6 may, AZƏRTAC

Bir neçə gün sonra İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü tamam olacaq. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.

2020-ci il xüsusən 1941-1945-ci illərin Böyük Vətən müharibəsini görmüş insanların hər biri üçün əlamətdar ildir. Gəncliyini faşizmə qarşı mübarizədə - cəbhədə ağır döyüş yolları keçmiş, Leninqrad mühasirəsində sağ qalmış, hərbi zavodlarda çalışmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranları bu il Qələbənin 75 illiyini qürur hissi ilə qarşılayırlar. İllər keçdikcə bu veteranların sayı getdikcə azalır. Ona görə də bu gün Qələbə Gününü qeyd edənlərin xatirələri xüsusilə qiymətlidir.

AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsi veteranlarından biri də 98 yaşlı Fatma Səttarovadır. Onu bütün Azərbaycan ictimaiyyəti və xalqı yaxşı tanıyır. Böyük Vətən müharibəsi veteranı F.Səttarova ziyalı kimi ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. O, müharibə illərində çox əzab-əziyyət çəkib. Müxtəlif hospitallarda xidmət edib, həmçinin Leninqradın blokadasında və Moskva ətrafında gedən döyüşlərdə iştirak edib. F.Səttarova müharibədən sonra Vətənə qayıdaraq ali təhsil alıb və müxtəlif vəzifələrdə çalışıb. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma xanım yüksək təhsili, geniş dünyagörüşü ilə fərqlənir. Uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib. Onun müharibə illərindən heç bir şəkli qalmayıb. Bir neçə il əvvəl mənzili qarət olunanda ordenləri ilə birgə şəkilləri, müharibədən ailəsinə göndərdiyi məktubları da oğurlanıb. İndi müharibə illəri, sadəcə, onun xatirələrində qalıb.

Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında Böyük Vətən müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1940-cı ildə Bakıda Tibb Texnikumundan yenicə məzun olmuş, 1941-ci ilin yanvarında ərə getmişdi. Beş ay sonra isə İkinci Dünya müharibəsi başlayıb. Texnikumda hərbi kafedra olub. Məktəbi qurtaranda F.Səttarovaya diplomla yanaşı, hərbi rütbə və hərbi bilet də veriblər. Cəmi bir neçə aydan sonra onun həyatı tamamilə dəyişir. İyunun 22-də Almaniyanın Sovet İttifaqına hücum etməsi elan olunur. O vaxt Fatma xanım həyat yoldaşı Məhəmmədlə birlikdə hərbi komissarlığa gəlib könüllü cəbhəyə getmək istədiklərini deyiblər. F.Səttarova cəbhəyə gedəndə əri Pyotr Montin adına maşınqayırma zavodunun direktoru idi. Müharibə başlayanda bu zavod profilini dəyişərək hərbi təyinatlı silah-sursat istehsalına keçmişdi. Zavodun işçiləri isə arxa cəbhənin iştirakçıları olub. Ona görə də Məhəmməd Bakıda qalıb, Fatma xanım isə şəfqət bacısı kimi cəbhəyə gedib.

Cəbhədə keçirdiyi günlər barədə danışan F.Səttarova deyir ki, müharibənin zülmünü ancaq onu yaşayan bilər: “Müharibəyə gedəndə çox gənc idim, lakin orada çoxsaylı ölümlərin şahidi oldum. Bunları xatırlamaq çox çətindir, cəbhə yollarını, ağır xəsarət almış əsgərləri artilleriyanın atəşləri altında döyüş meydanından çıxarmağımızı, hərbi hospitallardakı günləri unutmaq mümkün deyil. O vaxtdan neçə illər keçsə də, müharibəni unutmaq olmaz. O zamanlar hər kəs onun qarşısında doğma Vətəni düşməndən müdafiə etmək vəzifəsi dayandığını bilirdi”.

Bu qəhrəman qadın Böyük Vətən müharibəsi dövründə 1941-1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Müharibə ilə yanaşı, F.Səttarova da o vaxt böyümüşdü, təcrübəli tibb bacısı idi. Ağır döyüşlərdən birində səngərdən zəif inilti səsləri gəlib. Tibb bacısı kimi borcunu yerinə yetirən F.Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. O vaxt Moskva ətrafında döyüş meydanında onun özünü də yerin altından çıxardıblar. O, səngərdə olarkən tanklar onun üstündən keçib.

O vaxt almanlar Leninqradı mühasirəyə almışdılar. Ordu getdikcə irəliləyirdi. F.Səttarova ordu ilə birgə Ladoqa gölü ilə hərəkət edib şəhərə daxil olub. Alman təyyarələri hər tərəfi bombalayıblar. F.Səttarova dörd ay yarım mühasirədə olan Leninqraddan o biri sahilə Ladoqa gölü üzərindən salınmış “Həyat yolu” körpüsü ilə ərzaq, dava-dərman daşınması və bərələrin keçirilməsi zamanı döyüşlərdə neçə-neçə insanın həlak olmasının şahidi olub. Bütün bunlara baxmayaraq o, sağ qalıb. O vaxt Leninqradın müdafiəçiləri Neva üzərində qala kimi dayanıblar və faşistlərə təslim olmayıblar, qurbanlar veriblər. Qızcığaz Leninqradın mühasirəsi günlərində dəfələrlə ölümlə üzbəüz olub. Sovet ordusu blokadanı açandan sonra təcrübəli tibb bacısı yaralıları gəmilərlə Ladoqa gölü vasitəsilə Leninqraddan çıxarmağa başlayıb. Onu isə Stalinqrad cəbhəsinə göndəriblər. F.Səttarova sovet ordusu ilə birlikdə Berlinə qədər gedib. Macarıstana çatanda orada xəstələnib və 1945-ci ilin fevralında Tibbi Komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək fevralda doğma Bakıya qayıdıb. Cəmi üç ay sonra mayın 9-da sovet ordusu faşizm üzərində Qələbə qazanıb. Berlində Reyxstaq üzərində Qələbə bayrağı sancılmasının elan edildiyi günü xatırlayanda indi də onun gözlərində sevinc hiss edilir. Müharibəni unutmaq olmur. Çünki müharibənin zülmünü ancaq yaşayan bilər.

Müharibədən sonra yeni həyata başlayıb və səhiyyə sistemində işləməyib. Müharibə illərində qan tökülməsini, insanların şikəst olmasını, ölməsini çox görüb. Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. Ulu öndər Heydər Əliyevlə bir dövrdə oxuyub. Ümummilli Lider o vaxt Tarix fakültəsində qiyabi oxuyurdu. Sonralar da onuna görüşəndə universitet xatirələrilərini bir-birilərinə danışardılar. F.Səttarova ərini tez itirib, çox çətinlik çəkib, uşaqları özü böyüdüb. İkinci Dünya müharibəsi veteranının 4 övlad, 11 nəvə, 25 nəticəsi var. Bütün həyatı boyu işləyib, uzun illər rəhbər vəzifələr tutub. Yaşadığı bütün çətinliklərə baxmayaraq taleyindən razıdır. Hazırda ictimai həyatda və müxtəlif tədbirlərdə fəal iştirak edir.

Yubiley ilində - Qələbənin 75 illiyində Fatma Səttarovanın 100 yaşı tamam olub. Ancaq sənədlərə görə o, iki il cavandır. Bu, həmin illər üçün adi hadisədir. O, 1920-ci ilin yanvarında Bakıda anadan olsa da, doğum haqqında şəhadətnaməni yalnız iki ildən sonra veriblər. O vaxt valideynlər uşağı doğulduğu vaxt qeydiyyata aldırmırdılar. Yalnız onların evinə yoxlama üçün gələndə qızın doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyənləşib. Ona görə, balaca Fatma iki yaşında ikən özü atası ilə birgə doğum haqqında şəhadətnamə almağa gedib. Lakin onlara iki il əvvəlki tarixlə doğum haqqında şəhadətnamə verməyiblər. Beləliklə, sənədlərə görə F.Səttarovanın indi 98 yaşı, əslində isə 100 yaşı var.

F.Səttarova, o cümlədən Rusiyada Böyük Qələbənin 75 illiyi münasibətilə keçirilmiş MDB ölkələrindən olan Böyük Vətən müharibəsi iştirakçıları olmuş veteran qadınlar martda “Qalxan və qızılgül” Ümumrusiya illik ictimai mükafatının təqdim edilməsi ilə bağlı mərasimə də dəvət edilib. Fatma xanıma Moskvada iki medal - “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” və “Vətənin fəxri” medalları ilə təltif olunub.

Fatma Səttarova Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edir

F.Səttarova müharibə və əmək veteranı kimi hazırda da Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəmir. Onun həyatı bu gün gənc nəslin Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsində dəyərli nümunələrdən biridir. Tez-tez cəbhə bölgələrində olub, əsgərlərlə görüşən F.Səttarova Azərbaycanı MDB ölkələrində İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil edərək ölkəmiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb.

Prezident İlham Əliyev hazırda Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır, veteranların yubileyləri təntənəli şəkildə qeyd edilir. Bu sahədə Azərbaycan MDB dövlətləri ilə müqayisədə ilk sıralardadır. Respublika Veteranlar Təşkilatında Böyük Vətən müharibəsinin iştirakçıları, o cümlədən F.Səttarovanın 95 illik yubileyinin 1997-ci ildə geniş qeyd olunması bu diqqət və qayğının bariz təzahürüdür.

Vətəni İkinci Dünya müharibəsində layiqincə təmsil etməsinə görə qürur duyduğunu vurğulayan Fatma Səttarova hər zaman veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya keçirilən bütün tədbirlərdə veteranlar adından daim minnətdarlığını çatdırır.

Qəhrəmanımızın keçdiyi həyat yolu, təcrübəsi Azərbaycan gənclərinə nümunədir və bu gün veteranlarımızın mövqeyi gənclərimiz üçün vacibdir. Gənclərimiz veteranların həyat və təcrübəsindən daim faydalanmalıdırlar. Veteranlarımız və gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, ona dəstək olmalıdırlar.

Ölkəmiz fəxr etməlidir ki, İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət, faşizm üzərində Qələbəyə sonsuz inam və əsl mərdlik nümayiş etdirən istedadlı veteran qadınlarımız da var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir