İlahiyyat İnstitutunda "Açıq mikrofon" günü - tələbələrin təklifləri dinlənilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Açıq mikrofon” günü təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, III və IV kurs tələbələrinin iştirak etdikləri tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov gənclərə tövsiyələrini verib, onları dərslərdə daha fəal olmağa çağırıb. “Ölkədə yeganə tam ödənişsiz təhsil verən ali məktəbdə tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün lazımi şərait yaradılıb. Çalışın, yaradılan şəraitdən maksimum yararlanasınız. Gələcəkdə ilahiyyat sahəsi üzrə peşəkar mütəxəssis olmaq istəyirsinizsə, təsis edilən peşə hazırlığı, ərəb dili kurslarında, eyni zamanda, dərslərdə hədis, əqaid, təfsir və digər İslam elmləri ilə əlaqədar oxunan klassik mətnlərin tərcüməsində fəal iştirak edin”,- deyə rektor vurğulayıb.
Sonra tələbələrin təklifləri dinlənilib, onların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]