İlham Zəkiyev: “Qarabağ”ın tarixi uğuru Azərbaycan xalqının qələbəsidir
Bakı, 23 fevral, AZƏRTAC
"Bizə tarixi qələbə yaşatdığına görə "Qarabağ"a təşəkkür edirəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın tanınmış paracüdoçusu İlham Zəkiyev UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sını mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanan "Qarabağ"ın tarixi uğuru barədə danışarkən deyib.
İkiqat Paralimpiya çempionu bildirib ki, bu nailiyyət Azərbaycan xalqının qələbəsidir: "Ötən gecə futbolçular inanılmaz mübarizə apardılar. Meydanda 120 dəqiqə döyüşdülər. Fəxr edirik ki, bu cür komandamız var".
Onun sözlərinə görə, “Qarabağ” bu nəticə ilə Avropada güclü kollektivlərdən biri olduğunu sübut etdi: "Bir çox adam "Braqa"nı məğlub edəcəyimizi gözləmirdi. Ancaq Qurban Qurbanov oyunçuları buna inandırmışdı. Portuqaliyadakı ilk oyun zamanı Almaniyada turnirdə idim. Oradan komandamızın qələbəsini izləmək bizə əlavə motivasiya verdi. Həmin yarışdan bürünc medalla qayıtdım. Bir daha tarixi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm".
Qeyd edək ki, Portuqaliyadakı ilk oyunda “Braqa”ya 4:2 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçında 2:3 hesablı məğlubiyyətə baxmayaraq, iki görüşün nəticəsinə (6:5) əsasən, tarixində ilk dəfə Avropa Liqasında 1/8 finala yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]