REGİONLAR
İlin birinci rübündə Tərtərdə məhsul istehsalı və xidmətlərin həcmi 12,3 faiz artıb
Tərtər, 16 may, AZƏRTAC
Yanvar-mart aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 56 milyon 148,8 min manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 12,3 faiz çoxdur. Məhsul və xidmətlərin 66,9 faizi istehsal sahələrinin, 33,1 faizi xidmət sahələrinin payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tərtər Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında 6264,2 min manatlıq sənaye, 10.600,6 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. 20.672,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib. Həmçinin ticarət və xidmət sahəsində17.838,8 min manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahəsində532,8 min manatlıq, informasiya və rabitə sahələrində 240 min manatlıq xidmətlər göstərilib. Kənd təsərrüfatı istehsalı 3,9 faiz, tikinti-quraşdırma işləri 46,3 faiz, nəqliyyat xidmətləri 15,2 faiz, informasiya və rabitə xidmətləri 11,4 faiz artıb.