İlin birinci yarısında Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA
Bakı, 22 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında ölkədə qızıl istehsalı 17,8 faiz azalaraq 1316,5 kiloqram təşkil edib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, iyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında qızıl üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz azalaraq 168,8 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı isə 6,9 faiz azalaraq 1808,2 kiloqram təşkil edib.
İyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq 534,1 kiloqram qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]