İlin birinci yarısında Bakı Limanında yükaşırma 27 faiz artıb
Bakı, 21 iyul, AZƏRTAC
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin 6 ay ərzində yükaşırması 27 faiz artıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanı cari ilin birinci yarısını uğurla başa vurub. Hazırda bütün dünyada COVID-19 pandemiyası ilə bağlı olaraq yaranmış vəziyyətə baxmayaraq, yükaşırmaların göstəricisində ciddi artım qeydə alınıb. Ümumilikdə ilin 6 ayı ərzində yükaşırmanın həcmi 2 milyon 524,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən (1 milyon 981,2 min ton) 27 faiz çoxdur. Ümumi yükaşırmanın 87 faizi və ya 2 milyon 192,8 min tonu tranzit yüklərin payına düşüb.
Birinci yarımildə ən ciddi artım quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə quru yüklərin aşırılmasında 5 dəfə artım olub və 401 min ton təşkil edib. Eyni dövrdə irihəcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 14,4 faiz artaraq 17 min 173 ədəd olub. Bunlardan 11 min 776 ədədi (68,6 faiz) Bakı-Türkmənbaşı-Bakı, 5397 ədədi isə (31,4 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu il martın əvvəllərindən etibarən liman ərazisində və “Qırmızı-Körpü” sərhəd-keçid məntəqəsində sürücülər COVID-19 testindən keçərək yaradılmış karantin-profilaktik (steril və neytral) zonalara yerləşdirilir. Görülmüş tədbirlər nəticəsində COVID-19 pandemiyası dövründə Orta Dəhlizin və onun tərkib hissəsi olan Bakı Limanının məhdudiyyətsiz, stabil və etibarlı formada işləməsi yükaşırmanın artmasını şərtləndirən əsas səbəblərdən biri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]