İlon Mask Britaniyanı polis dövləti adlandırıb
Bakı, 4 dekabr, AZƏRTAC
İlon Maskın sözlərinə görə, Böyük Britaniya artıq polis dövlətinə çevrilib.
AZƏRTAC xəbər verir ki, amerikalı sahibkar bu barədə özünün sosial media hesabında Kardiff Kral Məhkəməsinin qaradərililərə qarşı irqçi təhqirlər ehtiva edən fikirlərinə görə britaniyalıya 20 ay həbs cəzası verilməsi barədə qərarını şərh edərkən bildirib. O, həmçinin bu hökmü verən hakim Treysi Lloyd-Klarkın daha əvvəl “həbsxanada sıxlıq” səbəbindən yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsin azadlığa buraxılması ilə bağlı qərar çıxardığını xatırladıb.
Qeyd edək ki, İlon Mask oktyabr ayında Böyük Britaniyanın Baş naziri Kir Starmer haqqında sərt ifadələr işlədib. O, hökumət başçısını “başqalarının sözü ilə hərəkət edən axmaq aktyor” adlandırıb.
Sentyabrın 13-də amerikalı milyarder Londonda miqrantlara qarşı etiraz aksiyalarına dəstək verib. O, videobağlantı vasitəsilə kütləyə müraciət edib və Kir Starmer hökumətini tənqid atəşinə tutaraq Parlamentin buraxılmasını tələb edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]