DÜNYA
İlon Mask dünyanın ən varlı insanlarının üçlüyünə daxil olub
Bakı, 19 noyabr, AZƏRTAC
Tesla və SpaceX kompaniyalarının rəhbərlik edən amerikalı sahibkar İlon Mask çərşənbə günü axşam dünyanın ən varlı insanlarının reytinqində üçüncü yerə yüksəlib.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, noyabrın 18-də Teslanın səhmlərinin 10 faiz bahalaşması nəticəsində İlon Maskın varidatı 10,2 milyard dollar atıb. Hazırda onun sərvəti 120 milyard dollar həcmində qiymətləndirilir.
Agentliyin məlumatına görə, reytinqin ikinci pilləsində Microsoftun yaradıcılarından Bill Geyts (128 milyard dollar) qərarlaşıb. Amazon korporasiyasının sahibi Ceff Bezos isə artıq üçüncü ildir dünyanın ən varlı insanı olaraq qalır. Bloomberg agentliyi hazırda onun sərvətini 183 milyard həcmində qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]