İMİŞLİDƏ 100 YERLİK GÜLƏŞ ZALI TİKİLƏCƏKDİR
MKT Məhdud Məsuliyyətli Cəmiyyəti İmişlidə idmanın bir sıra sahələrinin inkişafına davamlı sponsorluq yardımı göstərir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonda 8 min yerlik örtülü futbol stadionu inşa edən şirkət yerli sakinlərin müraciətlərini nəzərə alaraq, burada 100 yerlik güləş zalı da tikib istifadəyə verməyi qərara almışdır. Bu ay binanın inşasına başlanması nəzərdə tutulmuşdur.