İmperatriça Evgeniyanın tacı tam bərpa ediləcək
Paris, 5 fevral, AZƏRTAC
Luvr muzeyində ötən ilin oktyabrında baş verən səs-küylü oğurluq zamanı imperatriça Evgeniyanın zərər görən tacı tam bərpa ediləcək.
AZƏRTAC xəbər verir ki, muzeyin yaydığı məlumata görə, oğruların qarət sonrası atıb getdikləri bu qiymətli zinət əşyası demək olar ki, bütövlüyünü qoruyub saxlayıb və onun bərpası mümkün olacaq.
Xatırladaq ki, ötən ilin oktyabrın 19-da Luvrda baş verən oğurluq hadisəsindən sonra imperatriça Evgeniyanın tacı Apollon qalereyasının yaxınlığında tapılıb. Cinayətkarlar vitrindən çıxardıqları tacı özləri ilə apara bilməyərək hadisə yerində atıb gediblər.
III Napoleon tərəfindən 1855-ci ildə həyat yoldaşı Evgeniya üçün sifariş edilən bu çox qiymətli tac oğurluq zamanı zədələnib, daha sonra isə güclü zərbə nəticəsində əzilərək nəzərəçarpacaq dərəcədə deformasiyaya uğrayıb.

Luvrun təqdim etdiyi fotolarda tacın əzilmiş vəziyyətdə olduğu görünür, lakin tacı bəzəyən 56 zümrüd yerində qalıb. Tacın üzərindəki 1354 almazdan yalnız kiçik ölçülü təxminən on ədədinin itdiyi bildirilir. Almaz və zümrüdlərdən ibarət mərkəzi kürə salamatdır və qızıldan hazırlanmış səkkiz qartaldan yalnız biri itib. Qeyd edək ki, Luvr bu qiymətli tacı 1988-ci ildə əldə edib.
Qeyd edək ki, bu beynəlxalq rezonans doğuran oğurluq zamanı XIX əsrə aid səkkiz qiymətli zinət əşyası oğurlanıb və onlar hələ də tapılmayıb. O cümlədən, imperatriça Evgeniyaya məxsus təxminən 2 min almazla bəzədilmiş diadem də itkin düşən əşyalar sırasındadır. Ümumi dəyəri 88 milyon avro qiymətləndirilən bu xəzinə ilə bağlı saxlanılan dörd şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [14:00]
Norveçin dənizlərində balıq ehtiyatları on il ərzində iki dəfə azalıb
- 05.02.2026 [13:33]
Ukraynalılar üçün Avropaya giriş pullu olacaq
- 05.02.2026 [13:31]
Litva XİN: ABŞ Baltik Müdafiə Təşəbbüsünə 200 milyon dollar ayırıb
- 05.02.2026 [12:59]
Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir
- 05.02.2026 [12:41]
“Nestle” körpə qidaları ilə bağlı məhsulunu geri çağırıb
- 05.02.2026 [12:40]
Polşanın Baş naziri Kiyevə səfər edib
- 05.02.2026 [12:35]