İmtahanlarla bağlı müraciətlərin araşdırılması üçün onlayn apellyasiya yaradılıb
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetində imtahan sessiyası müddətində yarana biləcək şikayətlərin operativ həlli məqsədilə ali təhsil müəssisəsinin rəsmi saytında onlayn apellyasiya bölməsi yaradılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr onlayn apellyasiyaya müraciət etmək üçün əvvəlcə qeydiyyatdan keçməlidirlər. Daha sonra tələbə elektron kabinetinə daxil olub “müraciət et” düyməsini sıxaraq orada tələb olunan bölmələri doldurur və müraciətini göndərir.
Yeni yaradılan sistemdə tələbələrin müraciətinə baxılma vaxtı göstərilir. Müraciətə baxılma vaxtına 30 dəqiqə qalmış tələbəyə onlayn apellyasiyada iştirakı üçün “Zoom” proqramı üzərindən link göndərilir. Müraciət edən tələbənin onlayn apellyasiyaya qoşulması məcburidir. Tələbənin onlayn apellyasiyaya qoşulmaması onun müraciətinin geri götürülməsi kimi qiymətləndirilir. Müraciətə baxıldıqdan sonra yekun qərar tələbəyə elan edilir, həmçinin məlumat onun elektron kabinetində yerləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]
Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO
- 08.10.2026 [16:08]