İMZALANMIŞ SAZİŞ AZƏRBAYCAN VƏ UKRAYNA ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRİR
Sənədə əsasən tərəflər yük və sərnişin göndərişləri və poçt mübadiləsində gömrük nəzarətinin sürətləndirilməsinə, həmçinin dövlətlərin iqtisadi və digər maraqlarına ziyan vurulmasına yol verməmək məqsədilə, nəqliyyat vasitələri, yüklərin, baqajın, poçt göndərişləri, valyuta, digər ödəniş vasitələri və valyuta sərvətlərinin qanunsuz gətirilməsi, aparılması və tranzitinin qarşısının alınmasına yönələn bütün zəruri tədbirlər görəcək, texniki nəzarət vasitələrindən istifadə və kinoloji xidmətlərin iş təcrübəsindən, mübarizə metodlarının tədrisi məqsədilə mütəxəssislərdən istifadə olunacaq, qanunsuz marşrutları və malların gizlədilmə üsulları haqqında məlumatlar verəcəklər.