İndoneziya spirtli içkilərə qadağa tətbiq etmək niyyətindədir
Tokio, 17 noyabr, AZƏRTAC
İndoneziyanın hakimiyyət orqanları spirtli içkilərdən istifadəyə qadağa tətbiq etmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 17-də “The Jakarta Post” qəzeti məlumat yayıb.
Xatırladaq ki, belə bir təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülsə də uğursuzluqla nəticələnib. Bu dəfə isə spirtli içkilərin qadağan olunması barədə qanun layihəsi artıq yerli parlamentin müzakirəsinə çıxarılıb.
Qeyd edilir ki, ölkənin islam partiyaları spirtli içkilərin istehsalı, daşınması və satışına görə külli miqdarda cərimənin və 10 ilə qədər həbs cəzasının tətbiqi barədə təşəbbüsü dəstəkləyiblər. Lakin mehmanxana sahiblərinin bu qanun layihəsinə qarşı olduğu bildirilir. Onlar bu qadağanın səyyahları qorxudacağından və ada dövlətin turizm imicinə mənfi təsir göstərəcəyindən ehtiyat edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]