İndoneziyada miqrant qaçaqmalçılığı ilə məşğul olan şəbəkə zərərsizləşdirilib
Bakı, 21 yanvar, AZƏRTAC
İndoneziyanın Qərbi Cakarta İmmiqrasiya İdarəsi gizli yollarla Avstraliyaya xarici vətəndaşların qanunsuz getməsini asanlaşdıran beynəlxalq insan qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirib.
AZƏRTAC İndoneziyanın “Antara” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı üç şübhəli həbs edilib. Onların ikisi Çin vətəndaşı, biri isə Tailand vətəndaşı olub.
İmmiqrasiya əməkdaşları əraziyə basqın edərək cinayətkarların istifadə etdiyi pasportları, saxta şəxsiyyət vəsiqələrini və mobil telefonları müsadirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]