İndoneziyada təyyarə qəzası yerindən daha altı cəsəd tapılıb
Bakı, 22 yanvar, AZƏRTAC
İndoneziya xilasediciləri Bulusaraunq dağının yamacında ATR 42-500 təyyarəsinin qəza yerində daha altı cəsəd tapıblar.
AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, xilasetmə qrupu həmçinin təyyarənin qara qutusunu da aşkar edib. Cihazlar təhlükəsizləşdirilib və əlavə araşdırma üçün Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinə təhvil veriləcək.
Xatırladaq ki, yanvarın 17-də Yava adasındakı Yoqyakartadan Cənubi Sulavesin əyalətinin paytaxtı Makassara uçan “Indonesia Air Transport” şirkətinə məxsus kiçik təyyarə radarlardan itib.Təyyarədə 10 nəfərin olduğunu bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]