İndoneziyanın Sinabunq vulkanı 1000 metr hündürlüyə kül püskürüb
Tokio, 26 aprel, AZƏRTAC
İndoneziyanın Sumatra adasının şimalında yerləşən Sinabunq vulkanı 1000 metr hündürlüyə kül püskürüb.
AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya Mərkəzi məlumat yayıb. Bildirilir ki, yerli vaxtla gecə saat 01:55 dəqiqədə baş verən püskürmə 175 saniyə davam edib. Həmin gecə saat 01:44 dəqiqədə baş verən birinci püskürmə zamanı isə vulkan 500 metr hündürlüyə kül püskürüb.
Vulkanın kraterindən 3 kilometr məsafədə yerləşən kəndlərin sakinlərinə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Həmçinin yerli sakinlərə mənbəyini Sinabunq dağından götürən çaylardan uzaq olmaq tövsiyə edilib.
Əhalini ehtiyatlı davranmağa çağıran yerli hakimiyyət orqanları onlara evdən çıxarkən tibbi maskalar taxmağı tövsiyə edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]