İNDONEZİYANIN XARİCİ İŞLƏR NAZİRİNİN AZƏRBAYCANA SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ HÖKUMƏTLƏRARASI 2 SƏNƏD İMAZALANACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 11-12-də İndoneziyanin xarici işlər naziri Həsən Virayudanın Azərbaycana rəsmi səfəri nəzərdə tutulmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər zamanı “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin vizadan azad olmaları haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş” imzalanacaqdır.
Həsən Virayudanın azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri də olacaqdır.