İngiltərədə daha 5 nəfərdə meningit xəstəliyi aşkar edilib
London, 18 mart, AZƏRTAC
İngiltərənin Kent qraflığında daha 5 nəfərdə meningit xəstəliyi aşkarlanıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənən məlumatlara görə, bununla da ölkədə meningitə tutulanların sayı 20-yə çatıb.
Səhiyyə naziri Ues Stritinq bildirib ki, aidiyyəti qurumlar vəziyyəti aktiv şəkildə idarə edir və xəstəliyin yayılma riski aşağı qiymətləndirilir. Lakin risk aşağı olsa da, xəstəlik son dərəcə ciddi hesab edilir.
Qeyd edək ki, bu xəstəlik səbəbindən artıq 2 nəfərin həyatını itirdiyi bildirilir. Səlahiyyətli qurumlar Kent Universitetində peyvənd proqramının həyata keçirilməsinə başlayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]