İQLİM DƏYİŞMƏSİNƏ DAİR SEMİNAR KEÇİRİLMİŞDİR
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində iqlim dəyişməsinə dair seminar keçirilmişdir.
Seminarda vurğulanmışdır ki, XXI əsrin sonunda dünyada havanın orta temperaturunun 3-7 dərəcə artacağı proqnozlaşdırılır ki, Mərkəzi Asiya və Azərbaycanda bu artım təxminən 3-5 dərəcə təşkil edəcəkdir.
Tədbirdə bildirilmişdir ki, region iqlim dəyişikliyinə adaptasiya olunmalıdır və bunun üçün müvafiq tədbirlərin keçirilməsi, tədbirlər nəticəsində hazırlanacaq layihələrin icrası vacibdir.
Eyni zamanda, müxtəlif ölkələrdə adambaşına düşən və havaya atılan karbon qazının həcmi haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, son 10 il ərzində Azərbaycanda havanın orta temperaturu 0,4-0,9 dərəcə artmışdır.
Seminarda “Elm və təsir” və “İqtisadi təsir” mövzularında təqdimatlar keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]