Azərbaycan Dövlət İnformasiya Agentliyi

İradə Hüseynova: “Qırmızı kitab”ın III nəşrinin hazırlanması prosesi yekunlaşır

İradə Hüseynova: “Qırmızı kitab”ın III nəşrinin hazırlanması prosesi yekunlaşır

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının “Qırmızı kitab”ının nəşrləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən AMEA ilə əlaqəli təşkil edilir. Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli qərarı ilə qəbul edilmiş əsasnaməyə uyğun olaraq, “Qırmızı kitab”ın III nəşri üzrə ardıcıl və məqsədyönlü fəaliyyətlərə 2019-cu ildə başlanılıb. III nəşrin AMEA üzrə redaksiya heyətinə tanınmış alimlər və müvafiq sahələr üzrə rəhbər şəxslər daxil edilib. Redaksiya heyəti tərəfindən III nəşr üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb və AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilib.

AMEA vitse-prezidenti akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması, aparılan tədqiqatlar və yekun prosesi haqqında fikirlərini AZƏRTAC ilə bölüşüb. O qeyd edib ki, pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, qarşıya qoyulmuş vəzifələrin icrası üçün aidiyyəti institutlar və alimlər tərəfindən bitki, göbələk və heyvanların qırmızı siyahılarının hazırlanması, yoxlanılması, statuslarının dəqiqləşdirilməsi üzrə fəaliyyətlər yerinə yetirilib. “Qırmızı kitab”ın III nəşri ölkə Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına salınıb və nəşrin “Heydər Əliyev İli”nə mühüm töhfə olacağı şəksizdir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ının I nəşrinə nadir və nəsli kəsilmək təhlükəsi altında olan 140 ali bitki növü daxil edilib. I nəşrdə olan 33 nadir növ müxtəlif səbəblərdən II nəşrə daxil edilməyib. Onlardan 15 növün “Qırmızı kitab”ın III nəşrinə yenidən daxil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı kitab”ın II nəşri 330 növü, o cümlədən 266 ali (1 növ mamır) və 20 ibtidai bitkini, 14 göbələk növünü əhatə edir. “Qırmızı kitab”ın II nəşrində olan 23 növün III nəşrə daxil edilməsi tövsiyə edilməyib. İşçi qrupu tərəfindən “Qırmızı kitab”a daxil edilməsi tövsiyə olunan yeni növlərin sayı 122-yə bərabərdir. “Qırmızı kitab”ın III nəşrinə daxil edilmək üçün 450-dən çox növ qiymətləndirilib. Bunlardan 400-dən çoxu ali, 6-sı ali sporlu, 7-si ibtidai bitkilərə (2-si şibyə, 5-i yosun), 37-si göbələk növlərinə aiddir.

“Qırmızı kıtab”ın I nəşrinə 108 növ heyvan adı daxil edilib ki, onların 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə aiddir. “Qırmızı kitab”ın II nəşrinə nadir, nəsli kəsilmək təhlükəsində olmaqla, qorunmasına ehtiyac yaranan 223 növ heyvan daxıl edilib. II nəşrə həşəratlar sinfinə aid 77 növ daxil edilib. III nəşrdə 25 növün siyahıdan çıxarılması, 30 növün isə əlavə edilməsi təklif edilir. II nəşrə 6 amfibi və 20 sürünən növü daxil edilib. Ötən dövr ərzində bu növlərin bir çoxunun təsnifatında dəyişikliklər edilib. Bu fakt, eləcə də son illərdə aparılan molekulyar-genetik tədqiqatlar nəticəsində bəzi növlərin iki və daha çox müstəqil növə ayrılması III nəşrdə nəzərə alınacaqdır. “Qırmızı kitab”ın II nəşrinə quşların 72 növü daxil edilmişdi. Bunlardan 10 növün yaşıl siyahıya salınması və qırmızı siyahıya isə 16 yeni növün daxil edilməsi təklif edilir. II nəşrə düşmüş məməli heyvanlardan 5 növün qırmızı siyahıdan çıxarılması və 2 yeni növün daxil edilməsi planlaşdırılır. Ümumilikdə, III nəşrə 242 fauna növünün salınması qərara alınıb. Bunlardan su onurğasızlarının 7, həşəratların 82, balıqların 12, suda-quruda yaşayanların 6, sürünənlərin 18, quşların 78, məməlilərin 39 növü üzrə qiymətləndirmələr aparılıb, onların sayı, nəsilvermə göstəricisi, biotopla trofik əlaqəsi, limit amilləri haqqında məlumat toplanıb, oçerklər yayılma xəritələri və növün xarakterik şəkilləri ilə birgə tam hazırlanıb, növlərin kitabdakı sıralanması müəyyənləşdirilib.

“Ermənistan tərəfindən işğal müddətində təbiətə, torpaq və su resurslarına qarşı törədilən ekoloji fəsadlar fauna və floranın nadir növlərindən də yan keçməyib, Azərbaycan Respublikasının “Qırmızı kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhvə məruz qalıb. Qarabağ torpaqlarının işğaldan azad edilməsi nəticəsində bu regionda da ekspedisiya tədqiqatlarına imkan yaranıb və “Qırmızı kitab”ın II nəşrindən fərqli olaraq III nəşrdə regionun nadir və itmək təhlükəsində olan növlərinin real monitorinqlərinin həyata keçirilməsi mümkün olub. İşğaldan azad edilmiş ərazilərdə alimlərimiz “Qırmızı kitab”la bağlı tədqiqatlar aparıblar. Bu tədqiqatların nəticələri də III nəşrdə öz əksini tapacaqdır.

Bu gün qürur hissi ilə deyə bilərəm ki, qəbul olunan qərarlar, görülən işlər, aparılan ekspedisiya və kameral tədqiqatlar, bütün prosesə AMEA rəhbərliyinin yüksək diqqəti və nəzarəti öz müsbət nəticələrini verib. Bütün respublika ərazisində aparılmış tədqiqatlar nəticəsində həm flora, həm də fauna üzrə yekun oçerklər ümumi qəbul edilmiş ortaq identik formalar əsasında yazılıb və ingilis dilinə tərcümə edilib, müvafiq şəkillər və yayılma xəritələri hazırlanıb. Hazırda materialların son redaktə və dizayn işləri aparılır, ən qısa zamanda kitab nəşrə təqdim ediləcək”, - deyə akademik İradə Hüseynova fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada avtobusla yük maşını toqquşub, azı 8 nəfər ölüb

Böyük Qayıdış: Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Hesabat: Sülhməramlı qüvvələrin sayı son 25 ilin minimumuna düşüb

Antonelli Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi olub

“Fox”: ABŞ-İran çərçivə sazişi üzrə razılaşmanın 95 faizi tamamlanıb

WUF13 Cənubi Qafqazda Azərbaycanın davamlı inkişaf və şəhərsalma sahəsində liderliyini daha da gücləndirir ŞƏRH

Rubio: Tramp Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək

Füzulidə ildırım bir nəfəri vuraraq öldürüb

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

İmişlidə yol qəzası olub, ölən və yaralılar var

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazır olacaq

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Türkiyənin xarici işlər naziri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə görüşüb

Azərbaycan İstanbulda keçirilən Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

Qətər əmiri: Məsləhətləşmə və koordinasiya regional sabitliyi gücləndirə bilər

Lənkəranda sürücü sükan arxasında ölüb

İsveçdə uşaq zorakılığı ilə bağlı onlarla şübhəli müəyyən edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının son günündə 5 medal qazanıblar

İbrahim Kalın: Müasir Türkiyə tarixin gedişatını istiqəmətləndirən aktordur

“QUMUN 2026” iştirakçıları beynəlxalq qərarqəbuletmə proseslərini simulyasiya ediblər

Nərimanov rayonunda “Opel” markalı avtomobildə yanğın olub

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

“Qarabağ” növbəti transferini reallaşdırıb

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Tramp: İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub

Qaxlı müəllimlər atıcılıq üzrə yarışda bacarıqlarını sınayıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Yeni çağırışlar” kitabı təhsil ictimaiyyətinin diqqət mərkəzində

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb

İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib

“Real Madrid” 10 futbolçusunu sata bilər

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb

İstanbulda keçirilən Etnoidman Mədəniyyət Festivalında Azərbaycan musiqisi və ədəbiyyatı geniş təbliğ edilir

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

Şəki və Zaqatalada qəbul imtahanı 11 mərkəzdə aparılıb

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

“Airbus” rəhbəri “Scaf” döyüş təyyarəsi layihəsinə yenidən baxılmasını istəyir

Bakıda 26 dərəcəyədək isti qeydə alınıb, bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bu saata olan əsas xəbərlər

Türkiyənin energetika naziri: Avropada “elektrik TANAP”a maraq artır

Azərbaycan Moskvada keçirilən “Spring Bazaar” layihəsində təmsil olunub

Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik

“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqlayıb

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Cəlilabadda zəlzələ baş verib

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

Türkiyədə zəlzələ olub

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək

Kiyevə raket zərbələri davam edir, yaralıların sayı artıb  - YENİLƏNİB 2

Meksikanın nüfuzlu jurnalında Azərbaycanla bağlı silsilə məlumatlar dərc olunub

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

ABŞ Prezidenti: İranla sazişin təfərrüatları tezliklə açıqlanacaq

“Bavariya” futbol üzrə Almaniya kubokunun qalibi olub

Fransada Yelisey sarayında axtarış aparılıb

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Azərbaycan Minifutbol Federasiyasının prezidentinin millinin üzvləri ilə görüşü olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi olub

U-15 Avropa çempionatında daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Azərbaycanın qadın karateçisi Avropa çempionu olub

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hindistan və İsveç Veneraya birgə missiya hazırlayır

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO