İrakli Kobaxidze: Gürcüstanda bir sıra təhdidlərin qarşısı alınıb
Tbilisi, 1 avqust, AZƏRTAC
Gürcüstanda terrorizmə qarşı mübarizə sahəsində mühüm addımlar atılıb. Qabaqlayıcı tədbirlər nəticəsində bir sıra təhdidlərin qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında bildirib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə tədbirləri milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Gürcüstan cəmiyyəti bu istiqamətdə aktiv işin nəticələrini hər gün görür. Gürcüstan hökuməti hər cür korrupsiya cinayətinə qarşı barışmaz olmağa davam edəcək və hər kəs qanun qarşısında ciddi şəkildə məsuliyyət daşıyacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]