İrakli Petriaşvili: Gürcüstan hökuməti 2021-ci ilə qədər işsizliklə bağlı kompensasiya təyin etməlidir
Tbilisi, 25 aprel, AZƏRTAC
Gürcüstan hökuməti 2021-ci ilə qədər işsizliklə bağlı kompensasiya təyin etməlidir. Bu, bir öhdəlikdir və bu tələb Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişində nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Həmkarlar İttifaqı Birliyinin (HİB) sədri İrakli Petriaşvili söyləyib.
Onun sözlərinə görə, hökumət və parlament hələlik bu məsələni gizlətməyə çalışır. Maliyyə naziri İvane Maçavariani ölkədə işsizliklə bağlı kompensasiyanın ödənilməsinə ehtiyac olmadığını bildirib. Bunun yanlış fikir olduğunu vurğulayan İ.Patriaşvili deyib: “Nazirin dedikləri doğru deyil. Gürcüstanda bu cür müavinət və kompensasiyaların ödənilməsinə böyük ehtiyac var”.
HİB sədri işsizlik probleminin həlli, işçilərin hüquqlarının müdafiəsi və işsizliklə bağlı kompensasiyaların ödənilməsi üçün mübarizə aparacaqlarını, müxtəlif aksiyalar keçirəcəklərini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]