İran fəzaya hərbi peyk çıxarıb VİDEO
Tehran, 22 aprel, AZƏRTAC
İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) 40-cı ildönümü münasibətilə ilk hərbi peykini fəzaya çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Sepah-ın yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, “Nur-1” adlı hərbi peyk çoxfunksiyalıdır.
Sepah 1979-cu il aprelin 22-də İran İslam İnqilabının banisi Ayətullah Xomeyni tərəfindən yaradılıb. Sepah İran ordusunun əsasını təşkil edir və ölkənin müdafiəsində başlıca rol oynayır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri