İRAN İSLAM RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRİ BAKIYA GƏLİR
İranın ölkəmizdəki səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfərinin ilk günü Şüştəri Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zahid Qaralov, milli təhlükəsizlik naziri Namiq Abbasov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilə görüşlər keçirəcək. İki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanacaq.
Səfərinin ikinci günü qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Murtuz Ələsgərovla görüşəcək.
Qonağın Şəki şəhərinə səfəri və Bakıda Azərbaycanın hüquq-mühafizə orqanları ilə tanışlığı nəzərdə tutulur.
Səfər iyunun 19-da başa çatacaq.