İran vətəndaşı Biləsuvarda yol qəzasında ölüb
Bakı, 9 fevral, AZƏRTAC
İran vətəndaşı Biləsuvar rayonunun Səmədabad kəndində yol qəzasına düşərək ölüb.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi "Renault" markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:44]
Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]