İran Xəzər dənizi ətrafındakı dövlətlərlə əməkdaşlığı davam etdirməkdə maraqlıdır
Tehran, 26 may, AZƏRTAC
İran İslam Şurası Məclisi (Parlament) hökumətin 4 Xəzəryanı dövlət (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkməsintan) ilə imzaladığı Xəzər dənizində qarşılıqlı əməkdaşlıq və təhlükəsizlik haqqında razılaşmanı təsdiq (ratifikasiya) edib.
AZƏRTAC xəbər verir ki, İran parlamentinin mayın 26-da keçirilən plenar iclasında bu məsələ gündəliyə çıxarılaraq müzakirə edilib. Parlamentin 184 deputatı sənədin təsdiqlənməsinin leyhinə səs verib və razılaşma təsdiq olunub. Parlamentin hüquq komitəsinin üzvü Kazım Dilxoş Abatari bildirib ki, razılaşmanın təsdiq edilməsi İranın milli maraqlarına cavab verməklə yanaşı, Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin artmasına imkan yaradacaq. Onun fikrincə İran Xəzər dənizi ətrafındakı dövlətlərlə bütün sahələr üzrə əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]