İranın turizm agentliyi Bakı haqqında videoçarx nümayiş etdirib VİDEO
Tehran, 12 yanvar, AZƏRTAC
İranda fəaliyyət göstərən “Azərgəst Maleki” Turizm Agentliyinin “Instagram” platformasındakı səhifəsində Bakının turizm potensialını və gəzməli-görməli yerlərini əks etdirən videoçarx paylaşılıb.
AZƏRTAC xəbər verir ki, sözügedən videoçarx sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, agentlik qarşıdan gələn Novruz bayramında və yay aylarında Təbriz-Bakı təyyarə reysi açaraq iranlı turistlərin Azərbaycana səfərini təşkil edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran