İRANIN XARİCİ İŞLƏR NAZİRİ AVROPA ÖLKƏLƏRİNİ KARİKATURALARA GÖRƏ ÜZR İSTƏMƏYƏ ÇAĞIRMIŞDIR
İranın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Həmid Rza Asəfi jurnalistlərə bildirmişdir ki, fevralın 6-da İranın xarici işlər naziri Mənuçehr Mottəki danimarkalı həmkarı Per Stiq Mellerlə telefonla danışmışdır.
İran naziri Avropanın müsəlmanları təhqir etməklə buraxdığı səhvlərin tezliklə düzəldilməsinin vacibliyini vurğulamışdır. O demişdir ki, İran xarici diplomatik nümayəndəliklərin mühafizəsi ilə bağlı öhdəliklərini unutmamışdır.
Asəfi Avropa mətbuatında dərc olunmuş karikaturalarla əlaqədar müsəlman ölkələrini bürümüş etiraz aksiyalarını “təbii proses” adlandırmışdır. O demişdir: “Avropalılar bu cür aksiyaların gələcəkdə təkrar olunmasının qarşısını almaq barədə ciddi düşünməlidirlər. İslam dünyasının bununla barışacağını düşünməyə dəyməz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]