İRANIN XARİCİ İŞLƏR NAZİRİ TÜRKMƏNİSTANDA OLMUŞDUR
Onun Türkmənistan Prezidenti Saparmurad Niyazovla görüşündə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
S.Niyazov Türkmənistan-İran neft kəmərinin tikintisi ilə bağlı real addımlar atmağın vaxtının çatdığını bildirmişdir.
Görüşdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi də müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bu problemin həlli beş Xəzəryanı ölkənin maraqları çərçivəsində mümkündür. Bu məqsədlə dövlətlərarası dialoqu davam etdirməyin əhəmiyyəti vurğulanmışdır. Qeyd olunmuşdur ki, belə görüşlərdə mövqelər get-gedə yaxınlaşar və Xəzər regionda sülh və əməkdaşlıq amilinə çevrilər.
K.Xərrazi görüşdən sonra jurnalistlərə bildirmişdir ki, onun ölkəsi Türkmənistan neftinin İran ərazisi ilə daşınmasında maraqlıdır. İndi iki ölkə arasında əmtəə dövriyyəsi ildə 500 milyon dollara bərabərdir və bu rəqəmi 1 milyard dollara çatdırmaq üçün bütün imkanlar vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2025 [17:49]
“Google” alış-verişdən əvvəl virtual geyim sınağı funksiyasını işə salıb
- 22.05.2025 [17:49]
Alimlər Leonardo da Vinçinin genetik kodunun sirlərini açıb
- 22.05.2025 [16:38]