İraqın hava məkanının bağlı qalma müddəti uzadılıb
Qahirə, 22 mart, AZƏRTAC
İraqın hava məkanının bağlanma müddəti daha 72 saat uzadılıb.
AZƏRTAC İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi qərar qəbul edib.
Qurumun yaydığı bəyanatda vurğulanıb ki, İraqın hava məkanı bütün uçuşlar üçün 72 saat müddətinə bağlı qalacaq. Qərar martın 25-i saat 12:00-dək qüvvədə olacaq. Bu addım müvəqqəti ehtiyat tədbiri kimi, eləcə də təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və regiondakı hadisələrin inkişafı əsasında atılıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]