İRAQIN YENİ MİLLİ HAKİMİYYƏT ŞURASININ TƏRKİBİ RAZILAŞDIRILDI
İraqın yeddi əsas siyasi partiya və hərəkatının nümayəndələri hakim şuranın tərkibini razılaşdırmışlar. Bu ay yaradılmalı olan yeni milli hakimiyyət orqanı üzvlərinin siyahısı təsdiqlənmək üçün ABŞ-ın İraqdakı mülki idarəetmə qurumunun başçısı Pol Bremerə təqdim ediləcəkdir. Xarici mətbuatın məlumatına görə, Səlahəddin şəhərində keçirilən görüşün iştirakçıları bildirmişlər ki, şuranın tərkibi İraqda mövcud reallığı əks etdirir. Onlar bu orqana nazirləri təyin etmək, daxili təhlükəsizliyi təmin etmək və İraqı xaricdə təmsil etmək hüququ kimi səlahiyyət verilməsinə tərəfdar olduqlarını söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]