“İRƏLİ” Xaricdə Təhsil Mərkəzi fəaliyyətə başlayır
Bakı, 21 aprel (AZƏRTAC). “İRƏLİ” İctimai Birliyi təhsilini xaricdə davam etdirmək və ya başlamaq istəyən gənclərə dəstək olmaq məqsədi ilə “İRƏLİ” Xaricdə Təhsil Mərkəzi yaratmışdır.
Mərkəz “İRƏLİ” İctimai Birliyi və Böyük Britaniyanın “Caspian-Khazri” Cəmiyyətinin təşkilatçılığı ilə fəaliyyətə başlayır.
İctimai Birliyinin mətbuat katibliyindən AZƏRTAC-a verilən xəbərə görə, mərkəz müraciət edən hər kəsin potensialına uyğun olan fərdi inkişaf strategiyası hazırlayır. Dünyanın aparıcı təhsil şirkətləri ilə qurulmuş əməkdaşlıq sayəsində Mərkəz hər bir şəxsin qabiliyyəti və arzusuna uyğun olan xarici təhsil müəssisəsində təhsil almasına zəmanət verir.
“İRƏLİ” Xaricdə Təhsil Mərkəzi mövcud proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə xidmətlər təklif edir: xarici universitetlərə qəbul üçün şəraitin yaradılması, “British Council” ilə birlikdə peşəkar xarici dil kurslarının, xüsusilə IELTS kurslarının təşkili, xarici universitetlərə uğurla qəbul olmuş gənclərə və ya xaricdə təşkil olmuş proqramlarda iştirak etmək istəyən şəxslərə viza dəstəyi, 30-a qədər xarici ölkə üzrə konsaltinq və qeydiyyat xidmətləri, bir sıra fərdi, ixtisasartırma, yay proqramlarının təşkili.
Yuxarıda qeyd olunan xidmətlər və Xaricdə Təhsil Mərkəzinin təklif etdiyi digər proqramlar haqqında ətraflı məlumatı http://xaricdetehsil.org/ saytından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]