“İrəli” Xaricdə Təhsil Mərkəzi tələbələrə təhsili İngiltərədə davam etdirməyə şərait yaradır
Bakı, 9 mart (AZƏRTAC). Cambridge Education Group (CEG) Azərbaycanda təhsilə olan dövlət qayğısını və gənclərin təhsilə marağını nəzərə alaraq “British Council” və Londonda fəaliyyət göstərən “Caspian Khazri” Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Azərbaycanda təhsil alan tələbələr üçün müxtəlif kurslar təklif edir.
Kurslarda iştirak etmiş və İngiltərədə təhsil almaq istəyən şəxslər üçün keçiriləcək imtahanlar 3 prosesdən ibarət olacaqdır. İlkin olaraq təxminən 15-20 dəqiqə ərzində tələbənin danışıq və başa düşmə qabiliyyəti, söz bazası, tələffüzü və s. məqamlar yoxlanılacaqdır. İkinci mərhələdə tələbə test üsulu ilə imtahan olunacaq, sonda isə öz seçimindən asılı olaraq bir mövzu üzrə qısa inşa yazacaqdır.
İmtahan prosesi 2 saat davam edəcəkdir. Nəticələr İngiltərədə yoxlanıldıqdan sonra elan olunacaqdır. İmtahandan uğurla keçən tələbələr London Cambridge-də universitetə hazırlıq kurslarına şərtsiz qəbul ediləcəklər.
İmtahanlarda iştirak etmək istəyən gənclər “İrəli” Xaricdə Təhsil Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, CEG İngiltərədə çox tanınmış təhsil qrupudur. Təhsil mərkəzinin təqdim etdiyi diplom və sertifikatlar dünyanın ən nüfuzlu məktəb və universitetlərində xüsusi rəğbətlə qarşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]