İrina Zaretska Karate-1 Premyer Liqa turnirinin finalına vəsiqə qazanıb
Bakı, 24 aprel, AZƏRTAC
Portuqaliyada Karate-1 Premyer Liqa turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan karateçisi İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi italiyalı Silvia Semerado olacaq. Komandamızın digər üzvü Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşündə yarışmaq hüququ əldə edib. O, üçüncü yer uğrunda Xorvatiya təmsilçisi Andjelo Kvesic ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəl gənc karateçimiz Fərid Ağayev (75 kq) də finala yüksəlib. Digər idmançımız Tural Ağalarzadə (67 kq) isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. Medal qarşılaşmaları aprelin 24-də keçiriləcək. Karate-1 Premyer Liqa turnirində 58 ölkədən 351 idmançı iştirak edir. Azərbaycan komandası mövsümün ikinci turnirində 14 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]