İrlandiya millisi Azərbaycan yığması ilə oyuna itkilərlə çıxacaq
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki növbəti rəqibi olan İrlandiya yığması itkilərlə üzləşib.
AZƏRTAC xəbər verir ki, İrlandiya millisi oktyabrın 9-da Bakıda keçiriləcək matçda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bunlar Alan Braun və Ceyson Molumbidir.
Hər iki oyunçu ikinci sarı vərəqəni alıb. Bu yarımmüdafiəçilər Serbiya ilə ev görüşündən (1:1) sonra cəzalı duruma düşüblər.
Maraqlıdır ki, hər iki futbolçu bu sarı vərəqələri ardıcıl son iki turda alıb. Onlar sentyabrın 4-də Azərbaycan, üç gün sonra Serbiya ilə qarşılaşmada xəbərdarlıq görüblər.
Qeyd edək ki, Molumbi tsiklin əvvəlki 5 matçının hamısında meydana çıxıb. 4 dəfə meydana çıxan Braunun aktivində 1 qol var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]