Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad edilmiş Zəngilan bu gün böyük quruculuq meydanına çevrilib ŞƏRH

İşğaldan azad edilmiş Zəngilan bu gün böyük quruculuq meydanına çevrilib  ŞƏRH

Bakı, 20 oktyabr, AZƏRTAC

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti sayəsində Zəngilan şəhərinin işğaldan azad edilməsindən 4 il keçir. Vətən müharibəsinin hər günündə Müzəffər Ali Baş Komandandan torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qələbə ünvanlı xəbərlər alan xalqımıza 2020-ci il oktyabrın 20-də növbəti müjdə çatdırıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində böyük qürur hissi və fəxrlə bildirdi ki, oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (hazırda Çinarlı), Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edildi.

Təbii ki, hər bir kəndin, hər bir qəsəbənin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan təmizlənməsi yüksək peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində məhz bu yüksək keyfiyyətləri nümayiş etdirdi. Ümumiyyətlə, 30 il davam edən işğala 44 gündə son qoymaq özündə bütün məqamları birləşdirir.

Daim vurğulandığı kimi, Vətən, torpaq sevgisi Azərbaycan əsgərinin hər gün irəli getməsini şərtləndirən əsas amil oldu. Ordumuz üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi, düşmənə layiqli cavab verdi, onu diz çökdürdü. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında duruş gətirə bilməyən Ermənistan hərbçiləri silahı, hərbi texnikanı qoyub qaçdılar. Ermənilərin və onlara havadarlıq edənlərin illərdir yaratdıqları miflər dağıdıldı. Münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyü, bu yol seçildiyi təqdirdə uduzan Azərbaycan tərəfinin olacağı barədə qeyri-ciddi fikirlər səsləndirənlər bu reallığın şahidi oldular ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən yenilməz xalq Azərbaycan xalqıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında” Sərəncamına əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd edilir. Hər bir Şəhər Günü həm 30 illik işğal, həm 44 günlük Vətən müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını təhlil etməyi bir tələb kimi qarşıya qoyur. Belə bir tələbi bir daha xatırladır ki, indiki və gələcək nəsillərə bu reallıqlar barədə dolğun məlumatlar verilməli, tariximizin hər bir səhifəsi daim vərəqlənməlidir. Dövlətimizin başçısı İlham Əliyevin çağırışları sırasında bu mühüm məqam xüsusi yer tutur ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidir.

V.Rəhimzadə tarixi Zəfərimizdən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından da bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xalqa qələbə müjdələrini çatdırarkən daim belə bir əminliyi də ifadə edirdi ki, bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Hər bir Azərbaycan vətəndaşı üçün qürurverici faktdır ki, bu gün artıq bu reallıqların şahidiyik. Azad edilmiş bütün ərazilərimiz yüksək səviyyədə bərpa edilir, bu torpaqlarda yaşayacaq soydaşlarımız üçün hər cür imkan və şərait yaradılır. Artıq doğma yurdlarına qovuşmuş keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi bu günün əsas prioritetləri sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə hər bir səfərlərində açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək bu reallığı aydın şəkildə görərik. Azad edilmiş hər bir bölgənin malik olduğu iqtisadi potensial yeni istehsal sahələrinin yaradılmasında əhəmiyyətli rol oynayır.

Milli Məclisin deputatı bildirib ki, bununla bağlı birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi. Burada 200 evdən ibarət müasir tələblərə cavab verən kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Bu “ağıllı kənd”də məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN xidmət”, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda Günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq Zəngilan şəhərinin Baş planı təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış məntəqələrinin salınması layihəsi icra edilməkdədir. 2025-ci ildə Zəngilan şəhəri ilk sakinlərini qarşılayacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə tikilən üç beynəlxalq hava limanından birinin Zəngilan rayonu ərazisində olduğunu xatırladan V.Rəhimzadə əlavə edib: “Qısa müddətdə tikilib istifadəyə verilən bu hava limanı ölkəmizin iqtisadi və maliyyə imkanlarını nümayiş etdirməklə yanaşı, bu ərazinin strateji əhəmiyyətini təsdiqləyir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olacaq. Zəngilanı Naxçıvanla ayıran təxminən 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması regionda yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq. İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Zəngilan rayonunda tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Erməni vandalları 30 illik işğal dövründə tarixi və dini abidələrimizi tamamilə dağıdıb yerlə-yeksan etməklə Azərbaycan xalqının izlərini siləcəklərini, bununla da tarixi saxtalaşdırmağa nail olacaqlarını düşünürdülər. Bu baxımdan hər bir azad edilmiş ərazi erməni vəhşiliyinin təqdimatıdır”.

Deputat bildirib ki, ötən 4 ildə dövlətimizin başçısının Zəngilan rayonuna 12 səfəri reallaşıb. Azərbaycan Prezidentinin təkcə bu il oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı Zəngilanda açılışında və təməlqoyma mərasimində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirməklə bu günədək görülən işlər haqqında aydın təsəvvürə malik olmaq mümkündür. Bu səfər çərçivəsində “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılış mərasimi oldu. Zəngilan şəhərində beşinci və altıncı yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. 104 mənzilli yaşayış kompleksinin tikintisi, həmçinin Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə də tanışlıq oldu.

V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, ötən il Zəngilan şəhərində “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Birinci tədbir Ağdam şəhərində keçirilmişdi. Hər iki tədbir işğaldan azad edilmiş ərazilərdə görülən işlərin şəhərsalmanın müasir təcrübəsi olduğunu dünyaya çatdırdı. Bütövlükdə atılan hər bir addım Zəfərimizin əbədiləşdirilməsinə, Böyük Qayıdış Proqramının tam tərkibdə uğurla başa çatmasına xidmət edir. Bu gün işğalçılardan təmizlənmiş bütün torpaqlarımız, o cümlədən Zəngilan şəhəri böyük quruculuq meydanına çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub