İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş basketbolçu “Naxçıvan”da işləyəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Bir neçə gün əvvəl karyerasını bitirən Azərbaycan millisinin sabiq basketbolçusu Zaur Paşayev məşqçiliyə davam edəcək.
Bu barədə AZƏRTAC-a danışan veteran oyunçu Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Naxçıvan” komandasının məşqçilər korpusunda işləyəcəyini deyib: “Əgər hər hansı problem olmasa, yeni mövsümdə “Naxçıvan”da olacağam. Yəqin ki, 1 il baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərəcəyəm. Hədəfim yaxşı təcrübə qazanıb, daha böyük yerlərdə işləməkdir”.
Qeyd edək ki, Zaur Paşayev karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD- Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan), “Cəlilabad” və “Quba” kimi komandaların formasını geyinib. O, iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [13:12]
Polina Rəhimova milli komandadakı karyerasını başa vurub
- 02.09.2026 [12:07]
Azərbaycan ağırlıqqaldıranı 3 il müddətinə cəzalandırılıb
- 02.09.2026 [11:40]
“Arsenal”ın sahibi idman imperiyasını genişləndirir: daha bir klub alır
- 02.09.2026 [11:28]
Lionel Messinin varisi müəyyənləşib
- 02.09.2026 [11:23]
“IRONMAN 70.3” yarışı 18 yaşından 80 yaşadək iştirakçıları bir araya gətirir
- 02.09.2026 [11:20]
Uruqvayda azarkeşlər məğlubiyyətdən sonra futbolçulara hücum ediblər
- 02.09.2026 [11:18]