İslamabadda partlayış olub, ölən və yaralananlar var
Bakı, 23 dekabr, AZƏRTAC
Pakistanın paytaxtı İslamabadın cənub-qərbində baş verən partlayış nəticəsində az bir polis əməkdaşı həlak olub, daha altı nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dawn qəzeti polis orqanlarına istinadla məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə polislər şübhəli taksi avtomobilini yoxlamağa cəhd göstərərkən baş verib. Polis əməkdaşı avtomobilə yaxınlaşan zaman sükan arxasındakı terrorçu kamikadze partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində polislərdən biri həlak olub, altı nəfər, o cümlədən dörd polis əməkdaşı yaralanıb.
Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]
Avropa Ebola virusuna qarşı mübarizədə Afrikaya dəstəyi gücləndirir
- 18.06.2026 [18:52]
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub
- 18.06.2026 [18:46]