İSLAMABADDA USTAD ŞƏHRİYARIN YARADICILIĞINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarda çıxış edən bir çox tədqiqatçılar Şəhriyarı Azərbaycan ədəbiyyatının görkəmli klassiki, türk-müsəlman dünyası ədəbiyyatının qüdrətli nümayəndəsi kimi dəyərləndirmişlər. Görkəmli şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açan səfir Eynulla Mədətli “Şəhriyar türk dünyasının böyük şairidir” mövzusunda çıxış etmiş, ustadın keçdiyi kəşməkəşli həyat yolundan danışmış, onun əsərlərinin o taylı–bu taylı Azərbaycanın hüdudlarını aşaraq dünyanın azərbaycanlılar yaşayan bütün ölkələrində yayıldığını diqqətə çatdırmışdır. Səfir akademik İsa Həbibbəylinin Tehranda nəşr edilmiş “Şəhriyar dünyası” kitabının nüsxələrini seminarın iştirakçılarına təqdim etmişdir.
Azərbaycan səfirliyinin birinci katibi İbrahim Qafarov “Şəhriyar şeirində Azərbaycan” mövzusunda çıxış etmişdir. Seminarda Pakistan tədqiqatçılarının, şairlərin və tələbələrin ondan çox məruzəsi dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]