İsmayıllılar Həmrəylik Günü və Yeni ili rəngarəng tədbirlərlə qeyd edəcəklər
İsmayıllı, 26 dekabr, AZƏRTAC
İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına ciddi hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədilə müşavirə keçirilib, geniş tədbirlər planı təsdiq olunub. Artıq şəhərin 10 izdihamlı yerində yolkalar qurulub. Ən hündür - 25 metrlik bayram yolkası şəhərin mərkəzinə xüsusi gözəllik verir. Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə burada hər gün şən və maraqlı tədbirlər keçirilir. Qışın, qarın, yeni ilin simvolları tədbirləri daha maraqlı edir.
Dekabrın 28-də “Qala” şadlıq sarayında baş tutacaq ümumrayon bayram tədbirində müxtəlif sahələr üzrə seçilmiş “İlin ən fəalı”na hədiyyələr, mükafatlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]